Ancelina Coli və Bred Pit eyni filmdə

12 Sentyabr 2014 17:52 (UTC+04:00)

Ancelina Coli və Bred Pitin birlikdə rol alacaqları filmdəki bəzi səhnələr üçün İsrail ordusundan yardım aldıqları iddia edilib.

 Movqe.az xəbər verir ki, ötən həftələrdə Fransa da evlənən Ancelina Coli və Brad Pit, aksiyon sahəsindəki yeni filmləri üçün təlim keçirlər.

 İngilis Mirror qəzetinin iddiasına görə, cütlük film üçün lazımlı olan təhsili İsrail ordusundan alır.

 Colinin yazdığı və idarə edəcəyi "By the Sea" adlı filmdə birlikdə rol alacaq cütlük, iddialara görə, möhkəm təlim keçir.

 By the Sea, Colinin rejissorluq təcrübəsi yaşayacağı 4-cü layihə olacaq. Coli, daha əvvəl 1 sənədli film və iki filmin rejissorluğunu boynuna götürmüşdü. Filmin gələn il ABŞ –da nümayiş olunması gözlənilir.