Cənub TV kanalının verdiyi məlumata əsasən, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaşxaş-2012" tədbirlər planı çərçivəsində keçirdiyi əməliyyat tədbirləri zamanı rayonun Əsədli kəndində yaşayan, 43 yaşlı Mübariz Mirzağa oğlu Fərzəliyevin həyətində narkotik tərkibli çətənə kollarının əkilib-becərilməsi ilə bağlı daxil olumuş məlumat əsasında həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı onun həyətində 3 ədəd aqrotexniki qaydada əkilib-becərilmiş narkotik tərkibli çətənə kolu aşkar edilib. Polis əməkdaşları tərəfindən çətənə kolları götürülərək qablaşdırılıb. Mübariz Fərzəliyev isə şöbəyə gətirilərək törətdiyi cinayəti etiraf edib.
Türkan Nadirqızı
Movqe.Az