İntellektin inkişafına təsir edən gen müəyyən edilib

13 Sentyabr 2014 08:53 (UTC+04:00)

Bu yaxınlarda Hollandiyanın Neyrofiziologiya İnstitutundan olan alimlər tərəfindən "ağıllı" genlər aşkar edilib. Məktəbdə müvəffəqiyyətə, həmçinin intellektin mükəmməliyinə cavabdeh olan genetik məhsulların axtarışı məhz onlara məxsusdur.

Alimlər tərəfindən aşkar edilmiş gen maddəsi birbaşa intellektə və o cümlədən insanın "İQ" göstəricisinə təsir edir. Beləliklə, mütəxəssislər inamla bildiriblər ki, onların kəşfi gələcəkdə şəxsiyyətin bir sıra intellektual bacarıqları sırasında fəal inkişafını düzgün proqnozlaşdırmağa imkn verəcək. Qeyd edək ki, alimlərə bu cür qeyri-adi nəticəyə gəlməkdə yüz minlərlə könüllünün iştirakı ilə keçirilmiş tədqiqat kömək edib.

Hazırda alimlərə orta təhsil müəssisələrində təhsil vaxtı müvəffəqiyyətin səviyyəsinə təsir göstərən insan genomlarının 69 variantı məlumdur. Indi alimlər qrupu aktual mövzu üzrə gənc nəslin hər ikinci nümyəndəsində böyük marağa səbəb olan yeni qənaətə gəlmək üçün tədqiqat xarakterli bir sıra faktların müəyyənləşdirilməsinə yönəlmiş fəaliyyəti davam etdirir.