Yolda gözətçi avtomat qoyulacaq

13 Sentyabr 2014 09:29 (UTC+04:00)

İsveçli qanun keşikçiləri sərxoş sürücüləri alkoqapı- avtomobilin hərəkətini əngəlləyən xüsusi sistem vasitəsilə tutmağa hazırlaşırlar. Yolda quraşdırılmış "ağıllı" sistem oradan keçən sürücüləri borucuğa nəfəs verməyi tələb edir və əgər akoqol iyi hiss etsə, onun hərəkət etməsinə mane olur.Bu sür qapılar yan hissəsində xüsusi kompüteri olan adi şlaqbaumları xatırladır. Polislərin düşündüklərinə görə, aparat yolda quraşdırılır və onun yanından keçməli olan bütün sürücülər qapının qabağında dayanmalı, sonra isə xüsusi borucuğa nəfəs verməlidir. Bu zaman qanun keşikçilərinin şlaqbaumun yanında dayanması tələb olunmur. Sürücünün spirtli içki qəbul edib-etmədiyini müəyyən etmək üçün avtomata bir neçə saniyə vaxt lazımdır.

Əgər sürücü ayıqdırsa, şlaqbaum dərhal açılır və o, öz yoluna davam edə bilir. Bununla belə, əgər avtomat alkoqol iyi hiss edirsə, qapılar bağlanır və kompüter bu barədə dərhal yol patrul xidmətinə məlumat verir. Oraya gələn qanun keşikçiləri yol-hərəkət qaydalarına əməl etməyən sürücünün vəsiqəsini alır, avtomobili isə evakuatorla xüsusi dayanacağa göndərirlər.Alkoqapılar portativ qurğudur və asanlıqla bir yerdən başqa yerə köçürülə bilir. Isveçrədə bu cür avtomat sistem sayəsində polis işçilərinin sayını azaltmağı düşünürlər.