ABŞ kəşfiyyatından İŞİD-lə bağlı qorxunc hesabat

12 Sentyabr 2014 18:53 (UTC+04:00)

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi İŞİD terror təşkilatının İraq və Suriyada döyüşən əsgərlərinin sayını açıqlayıb.

Movqe.az xəbər verir ki, hesabatda İŞİD-in 20 minlə 31 min arasında döyüşçüsünün olduğu bildirilib. İdarənin sözcüsü Ryan Trapani Suriyada İŞİD tabeliyində vuruşan 15 min xarici döyüşçünün olduğunu açıqlayıb. Bunlardan 2 mininin Qərbdən gəldiyi bildirilib.

Trapani döyüşçü sayındakı artıma səbəbini İŞİD-in qazandığı uğurlar və xəlifəlik elan etməsi ilə əlaqələndirib.