Yoxa çıxan təyyarəni yadplanetlilər oğurlayıb?
13 Sentyabr 2014 10:24 (UTC+04:00)
Yoxa çıxan Malayziyaya məxsus hava layneri
barədə daha bir iddia yayılıb.
Məlum olduğu kimi, bu təyyarə yoxa çıxan gündən
dünyanın çoxsaylı media quruluşları onunla bağlı minlərlə xəbər
yayıblar.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu
il martın 8-də yoxa çıxan həmin təyyarənin başqa planetlilər
tərəfindən oğurlanması ilə bağlı yeni iddialar
yayılıb.
Artıq 6 aydır bir izinə rast gəlinməyən müəmmalı
təyyarənin yadplanetlilər tərəfindən qaçırıldığı bildirilir.
"Galactik Connection" adlı internet saytında yadplanetlilərlə
müsahibə hazırladığını iddia edən şəxs itmiş təyyarənin onlar
tərəfindən qaçırıldığını vurğulayıb.
"Təyyarəni boş yerə axtarmayın. Ortada heç bir
qəza hadisəsi yoxdur. Təyyarəni qaçıran bizik." – deyə müsahibədə
yadplanetlilərin dilindən verilən açıqlamada
yazılıb.
Təyyarədə olanların təhlükəsiz bir şəkildə
yaşadıqları və dünya ilə müzakirəyə gəlmək ehtimalının olduğu da
iddialar arasındadır. Yadplanetlilərin insanlara zərər vermək
istəmədiyi, sadəcə xüsusi bir ismarış göndərmək istədikləri
bildirilir.
Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı
Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan səmaya qalxaraq
"MH370" reysi ilə Pekinə uçub. Lakin uçuşun 2-ci saatında təyyarə
radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər
heyət üzvü vardı.