İyul ayının 14-ü gecə saatlarında Bakı - Quba - Rusiya Federasiyası dövlət avtomobil yolunun 107-ci km-də bir nəfərin ölümünə səbəb olan ağır yol nəqliyyat hadisəsi baş verib.
"VAZ 2106" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Ağır bədən xəsarətləri alan sürücünü Siyəzən regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Bütün tibbi əməliyyatlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla əlaqədar araşdırma aparılır.
Türkan Nadirqızı
Movqe.Az