“Google” "Polar" şirkətini aldı
13 Sentyabr 2014 12:06 (UTC+04:00)
"Google" şirkəti onlayn-sorğular üzrə ixtisaslaşmış "Polar"
startapını satın alıb. "Google" şirkəti satın alınmış şirkətin
həllərndən gələcəkdə "Google+" sosial şəbəkəsində istifadə etmək
niyyətindədir. Sazişin şərtləri açıqlanmır.
Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, satın alınmış
şirkətin "Google+"un strukturunda işləyəcəyi bildirilib. Xatırladaq
ki, "Google" şirkəti bu yaxınlarda "Google+" sosial şəbəkəsinin
auditoriyası haqda yeni məlumatları açıqlayaraq bildirib ki,
resursdan 300 milyondan çox istifadəçi istifadə edir. Müqayisə
üçün, "Facebook"da bu göstərici 1,2 milyard təşkil edir.
"Polar" şirkəti ötən il təsis edilib. Şirkət müxtəlif sorğuların
tərtibi üçün proqram həlləri təklif edir.
Şirkət son 8 ayda 500 milyondan çox sorğu tərtib edib.