Terrorçulara ikiqat zərbə

13 Sentyabr 2014 13:03 (UTC+04:00)
Nigeriyada terror aktları törətməkdə davam edən "Boko-Haram" terror təşkilatı qarşıdurmalarda itiki ilə üzləşib.

Movqe.az-ın publika.az-a istinadən xəbərinə görə, Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında "Boko-Haram" terror qruplaşması ilə ordu qüvvələri arasında şiddətli qarşıdurma yaşanıb. Qarşılıqlı döyüş nəticəsində qruplaşmanın 80 üzvü məhv edilib.

Bana ştatının edilən hücumlardan sonra terrorçuların Konduqa şəhərinə hücum edəcəkləri barədə məlumat əldə edən ordu qüvvələri dərhal hücumun qarşısını alıblar.

Ordu "Boko-haram"çıların bir sıra avtomobillərini də yararsız hala gətirməklə onlara ikiqat zərbə vurublar.

Xatırladaq ki, BMT tərəfindən terror təşkilatları siyahısına daxil edilən "Boko Haram" qruplaşması aprelin 14-də Nigeriyanın Şibok şəhərində olan bir məktəbə hücum edərək, orada təhsil alan 276 qızı qaçırması ilə dünya gündəmində səs salmışdı. Nigeriyanın şimal-şərqindəki Adamava, Borno və Yobe əyalətlərində "Boko Haram" silahlılarının təkcə bu il təşkil etdiyi hücumlarda 2 minə yaxın adam ölüb.