General İŞİD-i tarixdən siləcək
13 Sentyabr 2014 13:16 (UTC+04:00)
Beynəlxalq antiterror əməliyyatları çərçivəsində
2011-2013-cü illərdə ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinə
komandanlıq etmiş, nüfuzlu generallardan olan Con Allenin İŞİD
təhlükəsi ilə əlaqədar Prezident Barak Obamaya müraciəti nəticə
verib.
Movqe.az-ın publika.az-a istinadən xəbərinə görə, Amerika Birləşmiş
Ştatları (ABŞ) prezidenti Barak Obama general Con Alleni İŞİD-lə
mübarizə aparacaq koalisiya əməliyyatlarına koordinator təyin
edib.
Con Allen iki həftə bundan əvvəl ABŞ prezidenti Barak Obamaya
yazdığı müraciətdə İŞİD-in amerikalı jurnalistləri vəhşicəsinə
qətlə yetirməsinin Amerika ictimaiyyətinin səbir kassasını
daşdırdığını bildirmişdi.
Bundan başqa, general sözgedən terror qruplaşmasının tarix
səhnəsindən silinməli olduğunu da vurğulayıb.
Qeyd edək ki, amerikalı general Yaxın Şərqdə bir çox əməliyyatlara
başçılıq edib. Həmçinin, səkkiz il əvvəl İraqda "Əl-Qaidə" terror
təşkilatına qarşı keçirilən əməliyyatlarda da koordinator olub.