“Hökumət oğlumu pis vəziyyətə qoydu”
13 Sentyabr 2014 14:05 (UTC+04:00)
İŞİD silahlıları tərəfindən başı kəsilərək edam edilən
ABŞ-lı jurnalist Ceyms Folinin anası hökumətdən narazılığını dilə
gətirib.
Movqe.az publika.az-a istinadən xəbər verir ki , İŞİD terrorçuları
tərəfindən qaçırılaraq başı kəsilib edam edilən jurnalist Ceyms
Folinin anası Diana Foli "CNN"ə müsahibə verib.
Diana Foli ABŞ hökumətinin oğlunu pis vəziyyətə qoyduğunu və buna
görə dəhşətə gəldiyini bildirib. Övlad itkisi yaşayan ana Ceymsin
azadlığa buraxılması müqabilində fidyə ödəmək fikrinə tazı
olduqları zaman hökumət tərəfindən həbs edilmə hədəsi ilə
üzləşdiyini də gizlətməyib.
"Cimin (Ceyms) azad edilməsi üçün göstərdiyimiz səylər hökuməti
narahat etdi. Onun azadlığı ABŞ-ın strateji mənafeləri arasında
deyildi. Bizə sadəcə onun möcüzəvi şəkildə sərbəst buraxılmağını
gözləməyimizi söylədilər. Və sərbəst buraxılmadı. Ölkəmizin Cimi
pis vəziyyətə qoyduğunu hiss edirəm. Cim bunu bilsəydi, çox
kədərlənərdi. O, son anına qədər ölkəsinin onu qurtarmağa
gələcəyinə inanırdı. Cim çox qorxunc bir şəkildə öldürüldü." – deyə
Diana Foli müsahibəsində bildirib.
Qeyd edək ki, Foli 2012-ci ildə Suriyada oğrulanıb. "İslam Dövləti"
qruplaşmasının baş qərargahı Suriyada yerləşir və Foulinin orda
öldürüldüyünü güman edilir.