1 milyon insan didərgin düşdü
13 Sentyabr 2014 14:12 (UTC+04:00)
İraq ordusunun Diyala vilayətində İŞİD-ə qarşı həyata
keçirdiyi hava hücumlarında terrorçuların itki verdiyi
bildirilib.
Movqe.az publika.az-a istinadən xəbər verir ki , Diyala vilayətinin
mərkəzində baş verən İraq ordusu ilə İŞİD qarşıdurmasında 5 nəfər
terrorçu məhv edilib. Bu barədə Diyala vilayəti polis rəisi general
Cəmil əş-Şəmri məlumat verib.
Başqa bir hücumu isə İŞİD silahlıları Diyalanın Əs-Sadiyə bölgəsinə
ediblər. Onlar burada 7 nəfər dinc sakini qətlə yetiriblər.
Uzun müddətdir qarşıdurmalar davam edən İraqda bəzi şəhərlər artıq
terrorçuların nəzarəti altındadır. Bir milyondan çox insan isə baş
verən hadisələrdən canını qurtarmaq məqsədilə öz ev-eşiklərindən
didərgin düşüb. Silahlı qrupların nəzarətindəki yerləri geri
qaytarmaq istəyən İraq ordusu ilə İŞİD arasında tez-tez
qarşıdurmalar baş verir.