ABŞ "İŞİD"ə müharibə elan etdi
13 Sentyabr 2014 15:05 (UTC+04:00)
Ağ ev rəsmi şəkildə qondarma "İslam Dövləti" ("İD") ilə
müharibədə olduğunu bildirib.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, Ağ evin rəsmi
nümayəndəsi Coş Ernest, ABŞ-ın "Əl-Qaidə" ilə olduğu kimi "İŞİD"lə
də müharibə vəziyyətində olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət katibi Con Kerri bildirmişdi
ki, ABŞ "İŞİD"lə müharibə vəziyyətində deyil və ölkənin bu yöndə
fəaliyyəti antiterror əməliyyatı kimi qiymətləndirilməlidir.
Lakin, Pentaqonun sözçüsü, general Con Kirbi də müxbirlərlə söhbəti
zamanı deyib ki, "İŞİD"ə qarşı müharibə "Əl-Qaidə" ilə müharibə
şəklində davam edəcək.
Eləcə də ABŞ prezidenti Barak Obama bildirib ki, Birləşmiş Ştatlar
terrorçu qruplaşma olan "İŞİD"lə mübarizədə geniş koalisiya
yaradır.
Bundan əlavə ABŞ prezidenti Barak Obama general Con Alleni "İŞİD"lə
mübarizəyə koordinator təyin edib.
Dəniz donanmasının təqaüddə olan generalı Allen 2007-ci ildə
sünnilərin "Əl-Qaidə"yə qarşı mübarizəsi zamanı aparıcı rol
oynamış, daha sonra Əfqanıstanda ABŞ-ın yüksək rütbəli komandiri
kimi xidmət göstərmişdi.
Daha əvvəl ABŞ dövlət katibi Con Kerri Suriyada vətəndaş
müharibəsindən zərər çəkənənlərəə 500 miliyon dollarlıq yardım
göstəriləcəyini elan edib.
Kerri açıqlamanı cümə günü Türkiyədə verib. O, Türkiyədə, Suriya və
İraqda "İŞİD" qrupuna qarşı döyüşlər aparmaq üçün beynəlxalq dəstək
əldə etməyə çalışır.
250 miliyon dollarlıq humanitar yardım qonşu ölkələrə qaçmiş üç
miliyon Suriyalı qaçqınlara kömək məqsədi ilə göndəriləcək.
Yardımın qalan hissəsi isə Suriya daxilindəki məcburi köckünlərə
göstəriləcək.
Birləşmiş Millətlər Təşkilatı Suriya əhalisinin yarısının vətəndaş
müharibəsi nəticəsində ölkəni tərk etdiyini bildirir.
Kerri dünyanı qətliamlar və etnik təmizləmə ilə sarsıdan İŞİD
qrupuna qarşı mübarizədə qlobal koalisiya qurmaq üçün uzun səfərə
çıxıb.
Türkiyə ABŞ-ın terroçularla məğlub etmək planını imzalamayıb.
Danışıqlarda 10 ərəb ölkəsi iştirak edib. Onlar ABŞ-ın İslam
Dövləti qrupunu Suriya və İraq daxil olmaqla, harada olmalarından
aslı olmayaraq darmadağın etməsinə kömək edəcəklərinə söz verib.