Ermənistanda məmur jurnalistə hücum çəkdi
13 Sentyabr 2014 17:07 (UTC+04:00)
Ermənistanın baş prokuroru parlament təhlükəsizlik xidməti rəisinin
jurnalistə hücumu ilə bağlı yayılan materialları Xüsusi İstintaq
Xidmətinə göndərib.
Saytlarda yayılmış videodan görünür ki, parlament təhlükəsizlik
xidmətinin rəisi Karen Hayrapetyan sentyabrın 9-da keçirilən aksiya
haqqında məlumat toplayan A1+ televiziya şirkətinin müxbiri Marine
Xaçatryana hücum edib və onun əlindəki "iPad"ı vuraraq yerə
salıb.
Movqe.az Milli.az-a istinadən xəbər verir ki , həmin gün
"Əks-zərbə" art-qrupunun üzvləri parlamentin dəmir hasarından
"Salam, Rob!" yazılı lövhə asmışdılar.
Aksiyanın təşəbbüsçüləri bu aksiya ilə 13 il bundan əvvəl "Araqats"
kafesində prezident Robert Koçaryanı "Privet, Rob!" deyə salamlayan
şəxsin prezidentin mühafizəçiləri tərəfindən döyülərək
öldürüldüyünü xatırlatmaq istəyirdilər.
Bir neçə dəqiqə keçmiş parlamentin darvazasından çıxan bir kişi
özünü təqdim etmədən yazılı lövhəni qopararaq jurnalistə hücum
etmişdi.
Daha sonra Milli Məclisin Təhlükəsizlik xidmətinin rəisi Karen
Hayrapetyan olduğu aşkar olan şəxs digər jurnalistlərlə də kobud
tərzdə mübahisə edib.
Hadisə ilə bağlı bu gün bir sıra jurnalist və ictimai təşkilatlar
MM Təhlükəsizlik Xidməti rəisinin hərəkətlərini pisləyən bəyanat
yayıb, jurnalistin öz vəzifə borcunu yerinə yetirməsinə mane
olduğuna görə onun məsuliyyətə cəlb edilməsini tələb ediblər.