Yardım karvanı Ukraynaya keçdi

13 Sentyabr 2014 17:10 (UTC+04:00)
Rusiyadan hərəkət edən 70 yük maşınından ibarət, humanitar yardım karvanı gömrük nəzarətindən keçərək Ukrayna ərazisinə daxil olub.

Movqe.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, yük gömrük və sərhəd qeydiyyatından keçib. Yükün qeydiyyatını Rusiya gömrükçüləri ukraynalı əməkdaşlarının nəzarəti altında ediblər.

Qeyd edək ki, ATƏT-in beynəlxalq missiyası bildirib ki, Luqansk ətraf yaşayış məntəqələrində əhaliyə ilkin lazım olan əşyaların çatışmazlığı yaşayırlar. Su sistemi və elektrik şəbəkələri şəhərdə işləmir.

Xatırladaq ki, bundan əvvəl də RF humanitar karvanının birinci hissəsi 12 avqustda Ukrayna sərhəddini keçə bilmişdi.

RF bunun əksini iddia etsə də, bir çox ölkələr humanitar yük maşını karvanını təxribat yönlü hesab edir. İddia var ki, karvan maşınları separatçıların nəzarət etdiyi bölgələrdən həlak olan rus əsgərlərinin cəsədini çıxarır.