Ukraynada növbəti istefa
13 Sentyabr 2014 18:00 (UTC+04:00)
Ukrayna xarici işlər nazirinin müavini Daniil
Lubkivski istefa vermək barədə qərar qəbul edib.
Movqe.az Milli.az-a istinadən xəbər verir ki, UNN agentliyi xəbər
verir ki, bu barədə o, öz feysbuk səhifəsində yazıb.
"Bu gün Brüseldə xarici işlər naziri Pavel Klimkinin
razılaşdırılmış müraciəti mənim üçün gözlənilməz oldu. Ola bilər
buna rasional və praktik aydınlatmalar gələcək. Nə vaxtsa bizim də
müstəqilliyimizə güclü arqumentlər gətirilirdi. Qəbul edilən
müraciət hamıya səhv siqnal verir: aqressora, müttəfiqlərə və ən
əsası Ukrayna vətəndaşlarına. Seçki təxirə salınmır, əks təqdirdə o
seçki deyil", - deyə siyasətçi feysbuk-da qeyd edib.
Daha sonra Lubkivski bildirir ki, XİN müavini vəzifəsindən istefa
verməyi qərara alıb.
"Və xahiş edirəm ki, Nazirlər Kabineti mənim qərarımı dəstəkləsin.
Müasir Ukrayna diplomatiya xidməti dövrünün ən yaxşısı olan
əməklərinə görə əziz həmkarlarıma təşəkkür etmək istərdim", - deyə
Lubkivski bildirib.
Qeyd edək ki, Daniil Lubkivski xarici işlər naziri müavini
vəzifəsində 2014-cü ilin 6 martından bu yana işləyir. Həmin ilin
aprelin 15 tarixindən o, YUNESKO üzrə milli Ukrayna komissiyasının
başçısı, YUNESKO-nun İcra Şurasında Ukrayna təmsilçisi vəzifəsində
çalışır.