“Apple” "iPhone 6" ilə rekord qırdı

13 Sentyabr 2014 19:00 (UTC+04:00)

Yeni "Apple iPhone 6" və "iPhone 6 Plus" smartfonları birinci gün şirkətin tarixində rekord ilkin sifariş toplayıblar. Bu haqda "Apple"ın nümayəndəsi "Recode" portalına deyib.

Movqe.az Bizimyol.info -ya istinadən xəbər verir ki, şirkət sentyabrın 12-də yeni smartfonlar üçün ilkin sifarişi əlçatan edib. Birinci qurğuların tədarükü sentyabrın 19-da başlanılacaq. O zaman smartfonları açıq pərakəndə satışdan satın almaq mümkün olacaq.

Şirkət ilkin sifariş olunmuş smartfonların dəqiq sayını açıqlamayıb.