Azərbaycanda 106 nəfəri ilan sancıb

14 İyul 2012 19:35 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, bu il Azərbaycanda 106 nəfəri ilan sancıb. 

Bu il aprelindən etibarən Azərbaycanda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə 106 müraciət daxil olub. Qeyd edək ki, ilan sancmalarından ölənlər də olub.

İlan sancılanlarının əksəriyyəti az yaşlı uşaqlar olublar.

Türkan Nadirqızı

Movqe.Az