Viber-də əla yenilik

13 Sentyabr 2014 21:12 (UTC+04:00)
Android və iOS platformaları üçün Viber messencerinin beşinci versiyasının relizi olub. Hazırda populyar messencerdə mobil qurğular üçün videozəng dəstəyi reallaşdırılıb.

Tərtibatçılar bildirib ki, videosiqnalın qəbulu və ötürülməsi üçün hətta zəif internet-qoşulma kifayətdir, amma bu halda keyfiyyətli təsvir gözləmək lazım deyil.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, videozəng funksiyası həm kompüter, həm də mobil qurğularda əlçatan olub –Viberin baş direktoru Talmon Marko deyib.

Proqramın yeni versiyasında interfeys və kontaktların idarəsi sistemi dəyişib. Android və kompüter istifadəçiləri təkmilləşdirilmiş dizaynı görəcəklər.