Alman tankları Ukraynada

13 Sentyabr 2014 23:03 (UTC+04:00)
Almaniya ordusunun "Leopard" tankları Ukraynanın qərbində görünüb.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki , ukraynalı bloggerlərin yaydığı xəbərdə bildirilir ki, sentyabrın 13-də ölkənin qərbindəki Ternopol şəhərinin yaxınlığında onlarla alman tankı görünüb.

Yerli sakinlər də bu məlumatı təsdiq edirlər. Şahidlər 34 "Leopard" tankından ibarət kolonun şərqə doğru hərəkət etdiyini bildirir.

Bloggerlər ehtimal edirlər ki, alman tanklarının Ukraynaya daxil olması NATO-nun sentyabrın 15-də başlayacaq "Rapid Trident-2014" təlimləri ilə bağlıdır.

Təlimlər sentyabrın 26-dək davam edəcək. Orada 15 ölkədən, o cümlədən Azərbaycandan 1300 hərbçi iştirak edəcək. Təlimləri ABŞ-ın Avropadakı komandanlığı idarə edəcək.

Almaniya Müdafiə Nazirliyi və rəsmi Kiyev alman tanklarının Ukraynaya daxil olmasını hələlik şərh etmir.