İŞİD-in məhv edilməsi planı açıqlandı

14 Sentyabr 2014 00:05 (UTC+04:00)

Terror təşkilatı İŞİD-i məhv etmək üçün hərəkətə keçən ABŞ-ın hücum strategiyası də bəlli oldu.

Movqe.az publika.az-a  istinadən verdiyi məlumata görə, İŞİD-ə qərbdə müxalif güclər, şərqdə isə İraq ordusu və kürd peşmərgələri hücum edəcək.

ABŞ quru hərbi qüvvələrə sahə açmaq üçün terror təşkilatının hədəflərini havadan bombalayacaq. Bombalanan ərazilərə isə ABŞ hərbi mütəxəssislərin təlim keçdiyi qruplar müdaxilə edəcək. Ancaq əməliyyatın məzhəb döyüşünə çevrilməsindən narahatlıq ifadə olunur.


Quru qoşunlarından istifadə etməyəcəyini açıqlayan ABŞ bölgəyə daha əvvəl göndərdiyi 390 hərbi məsləhətçiyə əlavə olaraq 320 kəşfiyyat və quru koordinasiya zabiti göndərəcək. Məlumata görə, yerli qüvvələr İraq, kürd bölgəsi və Suriyadan olmaqla 22 fərqli nöqtədən quru əməliyyatı təşkil edəcək.