Bakıda konsert olacaq

14 Sentyabr 2014 10:31 (UTC+04:00)

Sentyabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında konsert olacaq.

Movqe.az-ın Filarmoniyanın mətbuat xidmətinə istinadən məlumatına görə, Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunacaq orqan və vokal musiqisi konsertində Rusiya Federasiyasından Aleksandr Novosyolov (orqan) və Lyudmila Trifonova (mezzo-soprano) çıxış edəcəklər.