Suriyada ölüm xəbəri yayılan azərbaycanlı dünya çempionu sağdır

14 Sentyabr 2014 13:00 (UTC+04:00)
"Bəxtiyar Arzumanovun Suriyada öldürülməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil"

Movqe.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Suriyadakı döyüşlərdə həlak olması xəbəri yayılan pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçüBəxtiyar Arzumanovun yaxınları deyiblər.

Çempionun yaxınları bildiriblər ki, Suriyadakı vəhhabilərin yaydığı videogörüntülərdə başqa adamın meyiti nümayiş etdirilir.

"Meyiti nümayiş etdirilən həmin şəxs də Qusar rayonundandır. Amma bu, Bəxtiyar Arzumanov deyil. Onu Bəxtiyarla səhv salırlar. Bəxtiyar Suriyadan qayıdıb və Rusiyaya gedib. O, sağdır", - deyə çempionun yaxınları bildiriblər.