Yaşıl çayın bilmədiyiniz faydaları
14 Sentyabr 2014 15:03 (UTC+04:00)
Yaşıl çayın faydaları haqqında bilinənlər son illərdə edilən
araşdırmalarla daha da artmışdır. Movqe.az xəbər verir ki
, Yaponların uzun illər yaşamasının əsas səbəbi olaraq
yaşıl çay istehlakı göstərilməkdədir. Yaşıl çayın bir müalicə üsulu
olmadığı dəstəkləyici alternativ bir üsul olduğu
unudulmamalıdır.
* Yaşıl çay insan ömürünü uzadır və insan sağlamlığına çox
faydalıdır.
* Diyet edənlər şübhəsiz istifadə etməlidir.
* Anti hipertansif təsiri, anti bakteriyal təsiri, antiviral təsiri
və nevraloji təsiri vardır.
* Ürək xəstəliyi olanlar, Obezite, Parkinson, Alzheimer kimi
xəstəliklər bəzi xərçəng növlərində yaşıl çay çox amma çox
faydalıdır.
* Yapon elm adamı Prof. Shinichi Kuriyama 4 il davam edən bir
araşdırmadan sonra yaşıl çayın ürək xəstəliklərinə yaxşı gəldiyini
kəşf etmişdir. Kuriyamanın Yaponiyadakı Tohoku University in Sendai
adlı universitetində etdiyi yaşıl çayla əlaqədar araşdırmalara
görə: (ilk 6 maddə)
* Gündə 5 fincan və daha çox yaşıl çay içənlər gündə 1 fincandan az
Yaşıl Çay içənlərə görə bütün xəstəliklərdən ölmə nisbətləri % 16
daha aşağıdır. Yəni Gündə 5 fincan çay içənlərin ölüm riskləri %16
daha azdır.
* Gündə 5 fincan çay içən qadınlar digər qadınlara nisbətlə %31
nisbətində ürək xəstəliklərindən qorunmuş olarlar.
* Bu da deməkdir ki qadınlar yaşıl çayın təmin etdiyi faydalar
mövzusunda, kişilərdən daha şanslidirlar.
* Edilən bu araşdırmaya görə Qara çayın da çox az bir faydasının
olduğundan bəhs edilmişdir lakin yaşıl çay qədər təsirli
antioksidanlar ehtiva etməməkdədir.
* Yaşıl çayın Xərçəngə faydası olduğu təsbit edilmiş lakin
Kardioloji narahatlıqlar (ürək xəstəlikləri) mövzusunda çox daha
təsirli olduğu təyin olunmuşdur.
* Yaşıl çayın içindəki Polifenol adlı antioksidanlar Ürək
xəstəlikləri üçün son dərəcə faydalı bənzərsiz komponentlərə
malikdir.
* Ürək xəstəliklərini ilə mübarizədə yaşıl çay içənlər içməyənlərə
görə %26 daha az risk daşımaqdadırlar.
* Bakteriyal və virus xəstəliklərə qarşı müqavimət təmin edər
* Nevraloji xəstəliklərin önlənməsində təsirlidir.
* Allergiyalara yaxşı gəlir
* Sümük- mineral sıxlığını artırar
* İmmunitet inkişaf etdirməyə kömək olur.
* Qrip əlamətlərini və soyuqlamanı yox etmədə əhəmiyyətli bir
köməkçidir.
* Məmə, yumurtalıq, mədə-bağırsaq, ağız və prostat xərçəngi kimi
müxtəlif xərçəng növlərinə qarşı müdaxilədə yaşıl çay
faydalıdır.
* İltihabları və şişləri maneələr/mane olar
* Diyabetlə mübarizədə yaşıl çay sizə faydalı ola bilər.
* Gümrahlıq verər.
* Qan təzyiqini nizamlar
* Artıq çəki ilə mübarizə aparanlarda və damar xəstəliklərində
düzgün bəslənmə və məşqlə birlikdə tətbiq olunduğunda çox faydalı
nəticələndirər verməkdədir.
* Şəkər xəstəliyində son dərəcə faydalıdır.
* Alzheimer xəstəliyinə və yaddaş pozuqluğuna faydası
araşdırılmaqdadır.
* Parkinson xəstələri üçün şübhəsiz istifadə edilməsi lazım olan
bir bitkidir.
* Diş çürüməsini maneə törədicidir.
* Sərbəst radikallardan bədəni qoruyar.
* Lösemidə geriləmə təmin edər
* Böyrək daşlarının salınmasında təsirlidir.
* Yorğunluğun aradan qaldırılmasında təsirlidir.
* Migreni yüngülləşdirir.
* Ağız qoxusunu aradan qaldırar
* Boğazımıza fərahlıq hissi verər.
Yaşıl çayın isbatlanmamış faydaları:
1- Multipl skleroz müalicəsində faydalıdır
2- Alzheimer və Parkinson xəstəliyini dayandırmada faydalıdır
3- Hüceyrə pozulmalarını maneə törətmədə faydalıdır
4- Yaşıl çay içmək, xolesterol səviyyələrini salar.
5- Əlavədən kalori yandırtdığı deyilməkdədir. (Əslində mövcud bədən
yağlarını maddələr mübadiləsini sürətləndirərək yandırdığını
söyləyə bilərik amma bu bizə artıqdan bir dilim çörək yemə haqqı
verməz)
6- HIV virusuna qarşı təsiri tam bilinməməkdədir
Yaşıl çayın zərərləri :
Sıx sidiyə çıxma, Bulanma, qusma, yuxusuzluq kimi zərərləri də ola
bilər. Kafeinə həssaslığı olanlar içməməlidir.Çoxlu xeyirlərini
sadaladığimiz yaşil çaydan da istifadə etməzdən əvvəl həkimlə
məsləhətləşilsə yaxşı olar. Xüsusilə də bəzi ürək, böyrək
xəstəlikləri olanlar, psixoloji narahatlığı olanlar, laxtalanma
problemi yaşayanlar xərçəng xəstələri, hamilə qadınlar,
körpə əmizdirənlər.
Qeyd: Yaşıl çayın içindəki kafenin yuxusuzluq yaradır və bəzi
xəstələrin kafenindən istifadəsi qadağandır. Bu səbəblə yaşıl çayın
kafeinini azaltmaq üçün yaşıl çayı ilk dəmlədiyiniz zaman 30 saniyə
gözləyib yaranan dəmi töküb təkrar dəmlərsiniz, beləcə kafeninin
zərərli təsirini bir azca da olsa ortadan qaldırmış olarsınız lakin
qəhvədəki kafesinə görə yaşıl çaydakı kafenin miqdarı çox daha
azdır. İlk dəmi tökməniz antioksidanların varlığını da
azaldacaq.