Səddam Hüseynin nəvəsi dünyanı şoka saldı
14 Sentyabr 2014 16:11 (UTC+04:00)
ABŞ-ın və dünyanın ən nüfuzlu nəşrlərindən biri olan "The New York
Times" qəzeti "XXI əsrin ən cəsur və qorxmaz oğlanı"nı seçib. Həmin
oğlan İraqda yaşayan Mustafa Səddam
Hüseyndir.
Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, İraqın mərhum
prezidenti Səddam Hüseynin 14 yaşlı nəvəsi amerikalı komandosların
Şeyx Nəffaf Zeydanın malikanəsinə hücumu zamanı onlara qarşı
vuruşub.
Həmin anda Mustafa Səddam evdə sağ qalmış yeganə şəxs idi. Səddamın
yanında atası Kusay,
əmisi Uday və onların
mühafizəçisi Əbdel Səmədin cəsədləri
vardı.
Əməliyyatda iştirak etmiş amerikalı hərbçilərin dediklərinə görə,
onlar evə girəndə Mustafa Hüseyn "qonaq"ları atəşlə qarşılayıb.
400 amerikalı komandos evi mühasirəyə almışdı. Mustafanın atası və
əmisi gözünün qarşısında öldürüləndən sonra yeniyetmə 40 dəqiqə
atışıb və snayper tüfəngindən 14 amerikalı dəniz piyadasını
öldürüb.
Bundan sonra Səddam Hüseynin nəvəsi ilə amerikalı komandosların
döyüşü 6 saat davam edib.
Amerikalılar sonda 14 yaşlı yeniyetməni qətlə yetirəndə saatlar
ərzində bir oğlanla atışdıqlarına inana bilməyiblər.
"New York Times"ın reportyoru Robert
Eyskyazır: "Əgər bizdə belə bir oğlan olsaydı, ona hər
şəhərdə heykəl ucaldardıq. Onun cəsarətindən hər yerdə danışardıq
və o, böyüyən nəslə örnək olardı".
Səddam Hüseynin nəvəsi barədə Avropa və Asiya mediası da çoxsaylı
yazılar, şərhlər dərc edib. "AsiaTimes" isə "Səddam Hüseynin nəvəsi
dünyanı şoka saldı" yazıb.