İran yenə silkələndi

14 Sentyabr 2014 18:11 (UTC+04:00)
Bu gün İranın Yəzd əyalətinin Behabad şəhərində 4,3 bal gücündə zəlzələ baş verib. Movqe.az Trend-ə istinadən xəbər verir ki , Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin hesabatına əsasən, təkanlar saat 00:12-da qeydə alınıb.

Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində olub. İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.