Bərə qəzası: 29 nəfər itkin düşdü

14 Sentyabr 2014 19:00 (UTC+04:00)
Filippində bərə qəzası baş verib.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, içərisində 84 nəfər sərnişin daşıyan bərənin mühərrikində nasazlığın meydana gəlməsi və qüvvətli dalğaların yaranması onun batması ilə nəticələnib. Batan bərədəki sərnişinlərdən 29 nəfərinin itdiyi bildirilir.

Filippin hökumətinin səlahiyyətli orqanları ötən gecə Maharlika adasından çıxan bərənin paytaxt Maniladan 680 km cənubda yerləşən Panaon adasının 11 km uzaqlığında qəzaya uğradığı və qəzadan sonra 55 nəfərin aşkar edildiyi, digərlərinin isə hələ ki, izinə rast gəlinmədiyi açıqlanıb.

Xilasedilənlərdən bir neçəsinin vəziyyətinin ağır olduğu deyilir.

Həmçinin dalğaların güclü olması xilasetmə qrupunun da qəza yerinə çatmasına maneə törədib.