Pakistanda kütləvi həbslər
14 Sentyabr 2014 20:10 (UTC+04:00)
Pakistanda kütləvi həbslər başlayıb.Movqe.az Milli.az-a istinadən
xəbər verir ki, İslamabad məhkəməsi yüzə yaxın müxalifətçi fəalı 14
sutkalıq həbs etdirib.
Həbs olunan müxalifətçilər nümayişə çıxmaq haqqında qanunu
pozduqlarına görə günahkar biliniblər. Onların həbsxana
qandallarını hər adama ödəniləcək 200 dollar alternativ kimi əvəz
edə bilər.
Yüzlərlə pakistanlı fəal hökümətin istefasını tələb edərək artıq
bir aya yaxındır ki, ölkənin paytaxtı İslamabadda mitinq
keçirir.
Etiraz aksiyalarının lideri keçmiş kriket üzrə professional oyunçu
olanİmran Xanvə ilahiyyatçıTahir
Qadridir.
İmran Xanın partiyasının nümayəndəsi bildirib ki, müxalifət həbs
edilən fəalların azadlığa buraxılmasınadək hökümətlə danışıqları
saxlayır.
Qeyd edilir ki, kütləvi həbslər etirazların bir ilinə həsr edilən
oturaq demonstrasiyanın iştrakçılarının sayının azaldılmasına
yönəlib.