"Ukraynanı güclü ordu xilas edir"

14 Sentyabr 2014 22:08 (UTC+04:00)

"Donbass" könüllü batalyonunun komandiri Semyon Semençenko hesab edir ki, hazırda Ukraynanı güclü ordu xilas edir.Movqe.az publika.az-a istinadən xəbər verir ki , o bu barədə yerli "24" telekanalına müsahibəsində bildirib.

"Hərbi sferada güclü olmaq lazımdır. Biz ikinci İsrail olmalıyıq, onların təcrübəsi bizə faydalıdır. Bu ölkə daim vuruşmaq təcrübəsinə malikdir. "DXR " və "LXR"-in yaratdığı daimi qeyri-sabitlik şəraitində belə təcrübə gərəkli olacaq" – deyə, o, vurğulayıb.

Batalyon komandiri hesab edir ki, bu kimi məsələlərdə Ukrayna dünya təcrübəsindən istifadə etməlidir. Semençenko vurğulayıb ki, Rusiyanın yaranmış münaqişəyə mümkün müdaxiləsindən çəkinmək lazım deyil: "Rus ordusunun itkisi böyük olacağı təqdirdə, Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə daxil ola bilməyəcəklər".