BMW ağaca çırpıldı, sürücü öldü

14 Sentyabr 2014 23:05 (UTC+04:00)
Sumqayıt şəhərində BMW markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Movqe.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlüZahidov Füzuli Babək oğluhadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə F. Zahidovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.