Şəki sakini dəm qazından zəhərlənib

15 Sentyabr 2014 10:40 (UTC+04:00)

Şəki Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 02:15 radələrində Şəki şəhəri, 19-cu rayon N. Abdullayev ev 3 ünvanında yaşayan İlhamə İrşad qızı İsmayılova zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Həkim araşdırması zamanı məlum olub ki, İ. İsmayılova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

 

O, lazımi ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

İ. İsmayılovanın hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.