Binəqədi rayonunda avtomobilin yanması ilə nəticələnən qəza baş verib

15 Sentyabr 2014 10:52 (UTC+04:00)

 Bu gecə Bakının Binəqədi rayonunda avtomobilin yanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 FHN-nin saytında verilən məlumata görə,"TOYOTA" markalı minik maşınının sürücüsü idarəetməni itirərək avtomobili işıq dirəyinə çırpıb. 


Qəza nəticəsində avtomobil yanmağa başlayıb. Ətrafa da sıçrayan alov yaxınlıqda olan 3 ağacın da yanmasına səbəb olub. 


Avtomobilin qalan hissəsi və ağaclar yanğından mühafizə olunub.