Rejissor Natiq Novruzovun çəkdiyi "Tələ" serialı
bu yaxınlarda tamaşaçılara təqdim olunacaq. Serialda Azərbaycan
dövlətinin talerant dövlət olması və ərazi bütövlüyünün
müdafiəsində durması, ailə məişət problemləri əks olunacaq.
Mövqe.az xəbər verir ki, serial tezliklə
tamaşacıların ixtiyarına veriləcək.
Serialın quruluşcu rejissoru Natiq Novruzov,
baş prodüsseri Rəşad Nuri,
ssenarisi Vusal Nuru,
quruluşçu operatoru Mehdi Yaqubov,baş
məsləhətçisi Elman Telmanoğlu, işiqcısı
Rafael İbrahimov və bəstəkarları Rubail
Əzimov, Tural Bayraməliyevdir.