Ölmüş nişanlıya sualtında Fotosessiya VIDEO

15 Sentyabr 2014 13:04 (UTC+04:00)

Toylarından 2 gün əvvəl nişanlısı vəfat edən qadın maraqlı addım atıb. Janine adlı bədbəxt qadın nişanlısı olmasa da gəlinlikdə fotosessiya etdirib. Bu  haqda Movqe.Az xarici mediaya istinad edir. Maraqlı cəhət isə, fotosessiyanın suyun altında olmasıdır. Şəkillərdəki təsirli təbiət görüntülərinin olduğu yer Meksika istirahət bölgəsindəki Riviera Maya ərazisidir. O, bunu etməsinin səbəbini belə izah edib :" Bu fotosessiyanı etdim, çünki nişanlım Conla da bunu edəcəkdik. O, çox açıqürəkli biri idi və mənə ən yaxşı həyatı vermək istəyirdi".