İbrahim Tatlısəsin arvadları “kabab” üstündə dalaşıblar – FOTO

12 Aprel 2012 11:32 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İbrahim Tatlısəsin şirkətlərinin rəhbərliyini üzərinə götürən müğənninin həyat yoldaşı Ayşəgül Ulduz, Dərya Tunanın (D.Tuna, müğənni İbrahim Tatlısəsin ömrünün çox hissəsini birlikdə yaşadığı keçmiş sevgilisi olub) işlətdiyi, Zəkəriyaköy qəsəbəsində yerləşən "Tatlısəs Kabab" restoranından xaric edib.

Belə ki, A.Ulduz, D.Tunanın aldığı malların pulunu əvvəlcədən verməsi üçün etiraznamə göndərib. Buna baxmayaraq, müğənninin keçmiş sevgilisi etiraznaməni nəzərə almayıb. D.Tuna fikirini belə izah edib: "Hər şey normaldır, dəyişən bir şey yoxdur. Biz mal qəbuluna davam edirik".

Bu günlərdə səhhətində problemlərin olduğu xəbəri ilə Türkiyə mediasının diqqətini üzərinə çəkən D.Tuna, xəstəliyi ilə bağlı da açı1qlama verib: "Əhəmiyyətli bir şey yoxdur, müalicəni təkrar davam etdirirəm. Hər şey nəzarətdədir. Bu, bir neçə gün daha davam edəcəkdir. Qorxulu heç nə yoxdur. İnşallah, olmaz! Sağlamlığım və əhvalım çox yaxşıdır", - D.Tuna deyib.


Fuad Mədətov