İranda saxlanılan azərbaycanlı gənclərin müdafiəsi üçün online müraciət başlayıb
15 İyul 2012 11:23 (UTC+04:00)
Bakıda fəalliyyət göstərən, 12 üzv təşkilatdan və 25.000 üzvdən
ibarət olan "İRƏLİ" İctimai Birliyi bütün dünya ictimaiyyəti,
QHT-lərə, insan hüquqları müdafiəçilərə və gənc aktivistlərə
müraciət edərək 2 aydan çox İran İslam Respublikasında əsassız
ittiham olunaraq saxlanılan iki gənc Azərbaycan şairinin azad
olunmasına dəstək göstərmələrini üçün müraciət edir.
"Azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə
2012-ci il aprelin 29-da poeziya festivalında iştirak etmək üçün
İran İslam Respublikasına səfər ediblər. Lakin, onlar tədbirdə
iştirak etdikdən sonra mayın 2-də Azərbaycana qayıtmağa
hazırlaşarkən İranın Təbriz şəhərində mülki geyimli naməlum şəxslər
tərəfindən oğurlanıb saxlanılıblar.
Azərbaycanlı şairlərin əsassız saxlanılmasından artıq iki ay keçir.
Bu müddət ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
İran tərəfinə verdiyi 5 rəsmi notalar arzuolunan nəticə verməyib.
Təəssüf ki, İran hökuməti hələ də Fərid Hüseyn və Şəhriyar
Hacızadənin hansı motivlərə görə saxlanmaları ilə bağlı hər hansı
məlumat təqdim etməyib.
Bundan əlavə, Azərbaycanın Tehrandakı Səfirliyi və Təbrizdəki
Konsulluğu nümayəndələrinin Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə
görüşmək cəhdləri İran rəsmiləri tərəfindən rədd olunub. Biz qeyd
etmək istərdik ki, İran hökumətinin davranışı beynəlxalq aləmdə
qəbul olunan konvensiyalara zidddir. İranın BMT üzvü və global
sivilizasiyanın bir hissəsi olduğunu nəzərə alaraq, biz bu
davranışı düşüncəsiz və əsassız sayırıq.
İranın bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumata
əsasən, iki Azərbaycanlı şair narkotik maddələrin qaçaqmalçılığında
və İsrailə casusluqda təqsirləndirildirilərək həbs olunub. Bundan
əlavə, kütləvi informasiya vasitələri həmçinin onların yuxarıda
qeyd olunan ittihamları guya qəbul etdiklərini və İran rəsmisinin
bununla bağlı sənədlərin Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə təqdim etdiyini bildiriblər. Lakin Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi bu cür məlumatların əsassız
olduğunu qeyd edib və İran rəsmilərindən hər hansı sənədlərin daxil
olduğunu inkar edib.
Biz həmçinin Human Rights Watch və Amnesty International kimi
təşkilatlara və Azərbaycanda fəaliyyət göstərən insan hüquqları
müdafiəçilərinə bu məsələyə daha çox diqqət ayırmağı xahiş edirik.
Maraqlısı budur ki, yuxarıda qeyd olunan təşkilatlardan heç biri
indiyə kimi Azərbaycan vətəndaşlarının hüquqlarının İranda
pozulmasına dair heç bir protokol və ya sənəd hazırlamayıblar. Biz
həmçinin yerli hüquq müdafiəçilərindən öz haqq səsləri ilə dünyaya,
xarici media nümayəndələrinə və beynəlxalq təşkilatlara müraciət
etmələrini istərdik.
Biz Azərbaycanlı insan hüquqları müdafiəçilərini xarici ölkədə
əsassız olaraq saxlanılan iki Azərbaycan vətəndaşının hüquqlarının
müdafiəsində daha fəal və həssas olmalarını görmək istərdik. Biz
Azərbaycanda və dünyada günahsız insanların həyatına biganə olmayan
hər bir kəsi Fərid Huseyn və Şəhriyar Hacizadənin qismində
insanlığı müdafiə etmək üçün bizim müraciətə qoşulmalarına və
onların tezliklə azad olunmasını tələb etməyə çağırırıq.
Bu yanaşma üçün vaxt artıq yetişib, çünki İran İslam Respublikası
iki Azərbaycan vətəndaşını azad etməyi rədd etməklə yanaşı,
Azərbaycanın Respublikasının Təbrizdəki Konsulluğunun həbs edilən
Azərbaycan vətəndaşları ilə görüş tələbinə məhəl qoymayaraq
dəfələrlə rədd edib."
Bu müraciətdə "İRƏLİ" İctimai Birliyi bütün dünyada insan hüquqları
məsələləri ilə məşğul olan beynəlxalq təşkilarları, insan hüquqları
müdafiəçilərini və gənc aktivistləri çağırır:
- İran İslam Respublikasında insan haqqlarının
pozulması halları ilə bağlı aktiv kampaniyalar başlamağa
- Azərbaycan vətəndaşlarının əsassız saxlanılmasının daha geniş
auditoriyaya çatdırılması üçün protokol və sənədlər
hazırlamağa
- İki Azərbaycan Respublikası vətəndaşının
tezliklə azad olunmasını tələb etməyə
Bu müraciət bütün dünyada insan hüquqları məsələləri ilə məşğul
olan beynəlxalq təşkilarları, insan hüquqları müdafiəçilərini və
gənc aktivistləri Azərbaycan Respublikası vətəndaşlarının həbsini
insan hüquqlarının pozulması kimi tanımağa və Fərid Huseyn və
Şəhriyar Hacızadənin dərhal azad edilməsini tələb etməyə
çağırır.
Bu müraciətlər təmannasız olaraq "İRƏLİ" İctimai Birliyi tərəfindən
hazırlanıb.
Müraciətlərin sürətini əldə etmək üçün zəhmət olmasa bu linkə daxil
olun:http://ireli.az/
Siz də bu linka daxil olub qeydiyyatdan keçərək həmvətənlərimizə
dəstək olun!
http://www.gopetition.com/petitions/demand-of-immediate-release-of-2-citizens-of-the-republ.html