Gələcəyin rəngli şüşəli sürücüsüz avtomobili - FOTOLAR

15 Sentyabr 2014 14:02 (UTC+04:00)
Dominik Vilkoks adlı dizayner gələcəin mobilliyinə baxış üçün təşkil olunan London Dizayn Həftəsində "Dezeen and MINI Frontier" ssərgisi üçün rəngli şuşələri olan xüsusi avtomobil hazırlayıb. "Bu ideya gələcəkdə istifadə olunacaq sürücüsüz maşınların görüntüsü üçün bir ideyadır" deyən dizayner bu avtomobillərin həm də təhlükəsiz olacağını qeyd edib. Movqe.az xarici mediaya istinadən xəbər verir ki, Vilkoks bu ideyanın ona bir il əvvəl olduğu Durham kilsəsində gəldiyini və bunu müasir dizaynlara da tətbiq etmək lazım olduğunu düşündüyünü söyləyib. Dizayner əsası 1959-cü ildə qoyulan avtobomili 2059-cu ilə uyğunlaşdırdığını bildirib. Sərgi çərşənbə günü Designjunctionda nümayiş olunacaq.