Bu günə gözlənilən hava şəraiti
15 İyul 2012 11:32 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə Bakıda və Abşeron yarımadasında iyulun
15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər
və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 25-30 dərəcə isti olacağı
gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna,
Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26
dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə iyulun 15-dəşimşək çaxacağı,
arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı
yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 25-30, dağlarda gecə
7-12, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara görə isə iyulun 15-də Abşeron
yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb
küləyinin güclənəcəyi, qısamüddətli yağış yağacağı, temperaturun
25-30 dərəcə isti təşkil edəcəyi gözlənilir.