“Nikahdankənar övlad dünyaya gətirməyi təbliğ etmirəm”

15 Sentyabr 2014 17:27 (UTC+04:00)
"Düzünü desək" verilişin qonağı olan prodüser Təranə Səmədova canlı efirdə göz yaşı töküb. "Qafqazinfo"nun məlumatına görə, nikahdankənar övlad dünyaya gətirmək mövzusundan danışan prodüser ağlayıb: 


"Əqli inkişaf edən, ruh halı normal olan insan xoşbəxt olmağa çalışır. Nüfuzlu, çalışıb cəmiyyət üçün nəsə edən insanlar xoşbəxt olmağa layiqdir. 30-40 yaşlı xanımlar var ki, ailə qurmayıblar və övladları yoxdur. Övlad həsrətindən alışıb yanırlar. 24 yaşımda qurduğum ailə həyatım baş tutmadı.  O ailə həyatında o qədər övladsızlıq sarsıntısı keçirmişdim ki, elə bilirdim sonsuzam. Nikahdankənar övladımı dünyaya gətirdim. Əgər mənimlə yenidən ailə qurmaq istəyən insan məni övladımla qəbul etməlidir. Bunu açıqlayanda qınaq obyekti olmağa hazır idim. Mən nikahdankənar övlad dünyaya gətirməyi təbliğ etmirəm".