Rusiyada yenidən miqrantlara qarşı etnik hücumlar başlanır

16 Sentyabr 2014 08:07 (UTC+04:00)

Son günlərdə Rusiyada miqrantlara qarşı etnik hücumlar yenidən artmaqdadır. Zərərçəkənlər arasında həmyerlilərimiz də var. Məsələn, millətçilərin sonuncu hücum etdiyi həmyerlimiz əlil bir gəncdir. Rusiya paytaxtında yerləşən bazarlardan birində ticarətlə məşğul olan 29 yaşlı Roman Mirzəyev işdən evə dönərkən hücuma məruz qalıb. Roman slavyan görünüşlü gənc tərəfindən bıçaqlanıb. Evinin qapısında 11 bıçaq zərbəsi alan Roman Mirzəyev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Keçirdiyi bir neçə əməliyyatdan sonra həyatını itirib. Yaxınları isə Romanın heç kimlə münaqişəsi olmayan bir gənc olduğunu deyirlər.

Xatırladaq ki, son vaxtlar miqrantlara qarşı oxşar hücumlar tez-tez təkrarlanır. Hücumların konkret siyasi sifariş olması barədə bəzən fikirlər səsləndirilir. Məqəsindən asılı olmayaq isə bu amillərin miqrantların Rusiya ərazindən çıxmasına səbəb ola bilər. Hər nə qədər ki, Rusiya hökuməti ilkin baxışda miqrantların ölkə ərazisində olmasında maraqlı olduqlarını söyləsə də, bundan sonra da oxşar hücumların olacağı istisna edilmir. Xüsusən də Ukrayna olaydarından sonar Rusiyada millətçilik zəmnində mənfi bir əhval-ruhiyyə yaranmaqdadır. Odur ki, Federasiya ərazinidə yarım milyondan çox azərbaycanlılının yaşağıdını nəzərə alsaq, problem bizim üçün də aktual hesab olunur.

Təkraralanan hadisələrlə bağlı Moskva-Azərbaycan Cəmiyyətinin prezidenti Oqtay Hüseynov milli zəmində cinayətləinr davam etməsindən təəssüfləndiyini bildirib: "Bizim millətin nümayəndəsi bu hadisədə vəfat edib. Diaspor olaraq çalışmalıyıq ki, bu imici yüksəldək və belə cinayət hadisələri də az baş versin".

Miqrasiya məsələləri üzrə ekspet Azər Allahverənov bunun arxasında mütəşəkkilliyin durmadığını zənn edir: "Hücumlarda hansısa mərkəzləşdirilmiş siyasət yoxdur. Vaxtaşırı Rusiyada millətçilik əhval-ruhiyyəsi güclənir. Bu da nəticə etibarı ilə millətarası gərginliyə səbəb olur. Bu gün Krımda, Ukraynanın cənub-şərqində həyata keçirilən siyasətin kökündə də ruspərəst amil dayanır. Bununla da antirus əhval-ruhiyyəsində olan insanlara qarşı sərt siyasət yürüdülür. Xəbərlər də KİV-də tirajlanır. Nəticə etibarı ilə Rusiyanın ayrı-ayrı, xüsusi ilə də qeyri-ruslara qarşı münasibət gərgin olan bölgələrdə hansısa sosial partlayışlara səbəb olur. Nəticədə tək azərbaycanlılar yox, digər millətlər də bundan zərər çəkir. Hazırda baş vermiş hadisə şərh olunarkən ortaya bir neçə məsələ çıxa bilər. Hansısa baş vermiş kriminal hadisələrə müxtəlif donlar geyindirilir. Danılmaz faktdır ki, Rusiyada baş verən hadisələrdə ilk baxışda etniklərarası konflikt hiss olunur. Ancaq sonradan tədqiqatlar nəticəsində aydın olur ki, burada hansısa siyasi dairələrin sifarişi var. Yaxud da hansısa biznes qurumlarının nifaqları da qruplaşmaların əli ilə həyata keçirirlir. Odur ki, Krımdakı hadisələr millətçi hərakatın oyanmasına səbəb olub. Bu əhval-ruhiyyəyə köklənən zümrənin daha da mütəşəkkil şəkildə fəaliyyət göstərməsinə səbəb olub. Bundan müxtəlif siyasi, işgüzar dairələr öz maraqlarına uyğun istifadə edir".

Ekspertin fikrincə, hadisələr miqrantları qaçırmayacaq: "Çünki, Rusiyada bir neçə il əvvəl bundan da ağır hadisələr baş verib. Bir neçə miqrantın qətlə yetirildiyi dövrlər olub. Hətta o zaman belə kütləvi axın baş vermədi. Çünki, Rusiyanın hüquq-mühafizə orqanları və siyasi dairələri öz səlahiyyətləri daxilində bu məsələnin qarşısını almışdılar. Rəsmilər tərəfindən bu tipli yanaşma yenə də sərgilənsə, hansısa axın olmayacaq. Sərgiləməməsini isə şübhə altına almayaq. Çünki, bu gün Rusiya gərgin cəmiyyətə maraqlı deyil. Rusiya hökuməti miqrantların gəlişində maraqlı olduqlarını hər yerdə bildirirlər".

Azər Allahverənov onu da qeyd etdi ki, kriminal olayların təhlili azərbaycanlılarla bağlı zorakılıq hallarının birinci yerdə olmadığını göstərir: "Orta Asiyadan olan insanlar daha çox zorakılıq halına məruz qalırlar. Statistika göstərir ki, Tacikistan və Özbəkistandan olan miqrantların qətlə yetirilməsi halı daha çoxdur".