Bərk işıq hazırlanıb

16 Sentyabr 2014 09:12 (UTC+04:00)

Prinston İnstitutunda işləyən fiziklərdən ibarət alimlər qrupu bu günlərdə işıq axınları ilə bağlı özlərinin eksperimentlərini uğurla başa çatdırıblar. Alimlər işığın son dərəcə heyrələndirici sürətli diaqnostikasının əvəzinə onu dondurmaq və yüksək möhkəmliyi olan kristal almaq qərarına gəliblər. Jurnalistlər müəyyən ediblər ki, alimlərin hədəfi işıq kristalı almaq olub və onlar bu işin öhdəsindən çox uğurla gəliblər.

Tədqiqat prosesi bu yolla keçirilib: fotonlar şəklində olan işıq hissəcikləri kəskin dondurmaya məruz qalıb. Qeyd etmək lazımdır ki, alimlər əvvəllər bu cür tədqiqat xarakterli təcrübələr keçirməyiblər və müvafiq olaraq bu, digər bütün təcrübələr arasında ilk təcrübə olub və bununla da unikal materialın yaradılmasına start verilib. Alimlər bu qənaətə gəliblər ki, sözügedən material ondakı qeyri-adi və bir qədər qəribə xüsusiyyətlər hesabına unikaldır.

Alimlərin rəsmi rəyində qeyd olunur ki, tədqiqat planında bütün fəaliyyət kvant fizikasının yeganə qanununa uyğun olaraq həyata keçirilib. Alimlərin verdiyi son məlumat təsdiq edir ki, bu vektorda keçirilən eksperiment davam edəcək və yaxın vaxtlarda özünün ən yüksək nöqtəsinə çatacaq.