Havanın keyfiyyətini yaxşılaşdıran cihaz hazırlanıb

16 Sentyabr 2014 09:26 (UTC+04:00)

Finlandiyalı alimlər havanın yaxşılaşdırılması üzrə effektiv üsul hazırlayıblar. Mikkeli Tətbiqi Elmlər Universitetindən olan tədqiqatçılar sənaye tullantılarından olan karbon qazını kənarlaşdıran kəşfə patent alıblar. Başqa metodlardan fərqli olaraq, havanın təmizlənməsi prosesində adi sudan istifadə olunur.

Qaz tullantıları suya düşür, sonra karbon qazı ayrılır və neytrallaşır. Havanın təmizlənməsi üçün tərkibində kimyəvi maddələr olmayan sudan istifadə ətraf mühitlə daha "səmimi münasibətdə" olur.

Karbon qazı Yerin qızmasına səbəb olan, necə deyərlər, istxana qazlarından biridir. Sənaye inqilabı dövründə bizim atmosferdə karbon qazının cəmlənməsi, təqribən, miyonda 280 hissə olsa da, indi milyonda 400 hissəyə kimi yüksəlib.

Dünya ölkələrinin böyük bir hissəsi istixana qazları tullantılarını azaltmağı öhdəsinə götürüb, buna görə də bəzi elmi institutlar karbon qazı ilə mübarizədə təsirli üsul hazırlamağa çalışır.