Fransa Moskvaya təyyarə reyslərini dayandırdı

15 Sentyabr 2014 19:58 (UTC+04:00)

"AirFrance" hava yolları sentyabrın 22-dək Moskva səfərlərini ləğv edib Movqe.az xəbər verir ki, bu barədə informasiyanı şirkətin rəsmi saytı yayıb.Məlumatda "AirFrance" hava yollarının pilotların tətil aksiyası ilə əlaqədar olaraq sentyabrın 22-nə kimi Moskvaya uçuşları ləğv etdiyi qeyd edilir. Bundan başqa, "AirFrance"in əvvəlcədən planlaşdırılmış uçuşların yalnız 48%-ni təmin edə biləcəyi bildirilir.Qeyd edək ki, AirFrance əməkdaşlarının narazılığına səbəb Perform 2020 şirkətinin inkişaf planı ilə bağlıdır.