Xaçmazda avtomobil aşıb, xəsarət alanlar var

16 Sentyabr 2014 10:50 (UTC+04:00)

Xaçmazda rayonunda yol nəqliyyat hadisəsi baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qımılqışlaq-Hacıisaoba yolunda qeydə alınıb.

 

Xaçmaz rayonu Hacıisaoba kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədov Orxan Hacı oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomaşın idarəetmədən çıxaraq aşıb.

 

Qəza nəticəsində sürücü və sərnişin Xaçmaz rayonu, Hacıisaoba kənd sakini, 1997-ci il təvəllüdlü Həbibov Famil Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

F. Həbibov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

O. Əhmədovun müalicəsi isə xəstəxanada davam etdirilir.

 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.