Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

16 Sentyabr 2014 11:40 (UTC+04:00)

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək Sabunçu, Siyəzən və Göygöl rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Fasilələrin yaranması qaz tənzimləyici avadanlıqların mənbəyə birləşdirilməsi və təmir işləri ilə əlaqədardır.