28 nəfəri əsirlikdən azad edən Milli qəhrəmanın ad günüdür

15 İyul 2012 14:24 (UTC+04:00)
 Movqe.Az xəbər verir ki, Əsəd Əhmədov yaşasaydı bu gün 42 yaşını qeyd edəcəkdi.

Bu gün Milli qəhrəman Əsəd Cəlal oğlu Əhmədovun ad günüdür.

Qeyd edək ki, o, 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub.

Əsəd Əhmədov 1992-ci ilin martında Milli Orduda hərbi xidmətə başlayıb, Şuşanın Zarıslı, Salatınkənd, Turşsu, Ağdamın Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, Laçın ətrafında 28 soydaşımızın əsirlikdən azad olunmasında xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il iyulun 31-də Papravənd uğrunda gedən döyüşlərdə həlak olub.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Əsəd Əhmədov Şəhidlər Xiyabanında dəfn edilib, Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Türkan Nadirqızı

Movqe.Az