Cihadçı qızlardan xəbər var

16 Sentyabr 2014 12:41 (UTC+04:00)

Avstriyanın paytaxtı Vyanadakı evlərini, İraq-Şam İslam Dövlətinə (IŞİD) qatılmaq üçün tərk edərək dünyanın gündəmini uzun müddət məşğul edən iki qızdan birinin öldüyü iddia edilib. 


 Movqe.az xəbər verir ki, Avstriya Daxili İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Marakovits, dünən The Salzburger Timesə etdiyi şərhdə, 16 yaşlı Samra Kesinovic  və 15 yaşlı Sabina Selimovic adlı iki qızdan birinin çoxdan ölmüş olduğuna dair məlumat aldıqlarını söyləyib. 


Marakovits, qızlardan hansının ölmüş ola biləcəyini bildirməyib, iddia hələ araşdırıldığı üçün Avstriya hökuməti rəsmi şərh etməyib. Yuqoslaviyadakı daxili müharibədən qaçan Bosniyalı qaçqın ailələrin qızları olan Kesinovic və Selimovic ötən aprel ayında Suriyaya keçərək İŞİD-ə qatılmışdı. Ailələrinə "Suriyaya gedirik. Cənnətdə görüşərik " deyən iki cihadçı qız Interpol tərəfindən axtarılırdı. Avstriyadan İŞİD-ə qatılanların sayının 130-a çatdığı təxmin edilir.