iPhone 6 və 6 Plus indidən tükəndi!

16 Sentyabr 2014 13:29 (UTC+04:00)

Hər iPhone təqdimatından sonra Apple-dan eşitməyə alışdığımız xəbər gəlib. Movqe.az xəbər verir ki, firmadan gələn şərhə görə iPhone 6 və iPhone 6 Plusun ilkin sifarişləri, ilk 24 saatda 4 milyonu keçib. Keçən ilki iPhone 5S-in ilk satış rəqəmləri açıqlanmasa da, iPhone 5-in ilk sifarişlərinin  2 milyona, iPhone 4-ün ilk sifarişlərinin isə 600 minə çatdığı bilinir.

İlk sifarişlərin çoxu, 19 sentyabrda sahiblərinə çatacaq, lakin ehtiyatların tükənməsi səbəbiylə oktyabra qədər yeni iPhone istehsal olunmayacaq. Bununla belə 19 sentyabrda ABŞ-da Apple mağazalarında növbə gözləməyə razı olanlar, Apple-ın müştərilərinə təqdim edəcəyi məhdud ehtiyatların yeni iPhonelarını ala biləcəklər.