Tarix müəyyənləşdi

15 İyul 2012 14:30 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Asteras"ın ölkəmizə gələcəyi tarix müəyyənləşib

Futbol üzrə Avropa Liqası yarışlarının II təsnifat mərhələsində Bakının "İnter" klubunun rəqibi olan Yunanıstanın "Asteras" komandasının ölkəmizə gələcəyi tarix müəyyənləşib. Yunanıstan klubu Bakıya oyundan iki gün əvvəl – iyulun 17-də gələcək.

"İnter" - "Asteras" oyunu iyulun 19-da "Dalğa Arena"da keçiriləcək. Cavab matçı bir həftə sonra Yunanıstanda oynanılacaq.

Türkan Nadirqızı

Movqe.Az