Youtube videoları artıq internetsiz izləniləcək!

16 Sentyabr 2014 14:21 (UTC+04:00)

 Youtubeda yeni dövr başlayır. Dünyanın ən yaxşı və ən böyük video izləmə və paylaşma platforması Youtube videoları artıq oflayn izlənilə biləcək.

Youtube böyük bir jestlə gəlir. Google-ın sahib olduğu Youtube video platforması artıq internetsiz video izləmə xüsusiyyəti ilə gəlir. 

Google-ın sahibi olduğu məşhur video platforması YouTube, istifadəçilərinə növbəti həftələrdə böyük bir jest edəcək. İstifadəçilər artıq videoları internetə qoşulmadan da izləyə biləcək. 


Movqe.az xəbər verir ki, ilk mərhələdə Hindistanda tətbiq ediləcək YouTube-un yeni xüsusiyyətinin Googlen-ın ən ucuz telefonu Android One-ın ölkədə satışa təqdim edilməsindən sonra gəlməsi diqqətlərdən yayınmayıb.

 YouTube-a yaxın qaynaqlar offline olaraq izlənilə biləcək videolara da Google-ın reklamını yerləşdirəcəyi də düşünülür.